Taxtakörpü Su Anbarında suyun üzərində bir nəfərin meyiti tapılıb.
Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Daxil olan məlumata əsasən, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şimal” dalğıc-axtarış qrupu cəlb edilib.
Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində Samur-Abşeron kanalında batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Rüstəmov Samir Çərkəz oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.