AZ

Boçorişvili: Gürcüstanla münasibətlərin normallaşdırılması Aİ-nin marağındadır

TBİLİSİ, 11 iyun. TELEQRAF

“Gürcüstanla münasibətlərin normallaşdırılması Avropa İttifaqının da maraqlarına cavab verir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan həm Avropa İttifaqı, həm də ABŞ üçün çox vacib tərəfdaşdır.

“Münasibətlərin qarşılıqlı hörmət, bir-birinin maraqlarının nəzərə alınması əsasında qurulması mühüm əhəmiyyət kəsb edir. Gürcüstanın yeganə marağı bölgəmizdə sabitlik və sülhün olması, iqtisadi cəhətdən inkişaf və vətəndaşlar üçün daha yaxşı həyatın təmin edilməsidir. Yalnız bu əsasda Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı strateji hədəflərinə nail olmaq mümkün olacaq”, - XİN başçısı söyləyib.

M.Boçorişvili qeyd edib ki, Gürcüstanla ABŞ arasındakı münasibətlərin hazırkı vəziyyəti Tbilisini qane etmir:

“Gürcüstan ABŞ ilə münasibətlərin məzmunlu olmasını istəyir. Biz ümid edirik ki, qarşılıqlı münasibətləri hər iki ölkənin mənafeyinə uyğun şəkildə inkişaf etdirmək imkanı olacaq”.

Seçilən
27
teleqraf.com

1Mənbələr