
İngiltərənin “Mançester Siti” klubunun sabiq yarımmüdafiəçisi Kevin De Bruyne İtaliyanın “Napoli” klubuna keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, İtaliya klubu ilə müqavilə tam razılaşdırılıb və bağlanıb.
Mənbənin məlumatına görə, De Bruyne tezliklə tibbi müayinədən keçəcək və İtaliya klubuna keçidi ilə bağlı rəsmi sənədləri imzalayacaq.
Tərəflər arasında müqavilə iki il müddətinə olacaq.
Qeyd edək ki, daha əvvəl İtaliya mətbuatı De Bruynenin Neapolitan klubunun tərkibində ildə 5 milyon avro alacağını yazmışdı.