Bakı. Trend:
Allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığınreaksiyasıdır. Bu maddələrə allergenlər deyilir. Bunlara, qida,ağac, gül-çiçək tozcuğu, kimyəvi maddələr, heyvan tükü, rütubətaiddir.
Trend xəbər verir ki, bufikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlıyayımda nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutununhəkim allerqoloqu Nihulya Şamiolova açıqlayıb.
Onun sözlərinə görə, əgər ailədə valideynlərdən birində allergikanamnez varsa, bunun uşağa keçmə ehtimalı 20-30%, valideynlərdənikisində allergik anamnez varsa uşağa keçmə ehtimalı50-60%-dir:
“Valideynlərdən birində də allergik xəstəliklərdən hansısa birivarsa, övladlarında allergik reaksiyalardan bir klinik əlamətgörərsə, mütləq həkimə müraciət etməli, allergik müayinələrdənkeçməli, təsdiq olunmuş allergendən uzaq durmaq lazımdır. Uşaqlardadaha çox qida allergenlərinə rast gəlinir. Bu da erkən uşaqlıqdövründə özünü ya allergik səpkilər və ya ishal, qəbzlik, köpşəklində göstərir. Uşaqlarda daha çox süd və yumurtaya qarşıallergik reaksiyalar olur”.
N.Şamilova qeyd edib ki, bundan əlavə uşaqda tez-tez asqırma,burun qaşıntısı, göz yaşarma, gözlərin sulanması, tez-tez quruöskürəklər təngnəfəslik və boğulma kimi əlamətlər müşahidəolunarsa, valideyn mütləq allerqoloqa müraciət edilməlidir:
“Kliniki əlamətlərə uyğun uşaqda hansı allergik xəstəlik növüvarsa, aşkar olunmalıdır. Bunlara allergik rinit, allergikkonyunktivit, bronxial astma, allergik enterit kimi xəstəlikləraiddir. Allergik rinit zamanı uşaqlarda tez-tez burun çəkmə, burunaxıntısı, asqırma, burun qaşıntısı kimi əlamətlər rast gəlinir.Allergik konyunktivit zamanı göz ətrafında Morqani ləkələri nəzərəçarpır, gözlərdə yaşarma, göz qaşınması kimi əlamətlər görsənir.Çox zaman bu iki xəstəliyə birlikdə rast gəlinir. Vaxtında müalicəolunmazsa, bronxial astma kimi xəstəliyə keçə bilər. Biz bunaatopik yürüş deyirik, yəni atopik dermatit, atopik rinit vəsonradan bronxial astma. Anamnez və allergik müayinələrə əsasənuşaqda hansı allergenə qarşı reaksiya varsa tapılmalıdır”.
Allerqoloq bildirib ki, əgər allergendən uzaq durmaq mümkündeyilsə, bu zaman yaranmış kliniki əlamətlərə uyğun müalicə təyinolunmalıdır:
“Bu müalicə həkim nəzarəti altında fasiləsiz aparılmalı və həkimtəyinatına uyğun zaman dəyərləndirilməlidir”.