AZ

Seneqal millisi iki tarixi uğura imza atdı

Məlum olduğu kimi Seneqal millisi beynəlxalq yoldaşlıq oyunu çərçivəsində İngiltərə yığması üzərində səfər qələbəsi qazanıb.

Arena.az məlumat verir ki, Nottingemin “Siti Qraund” stadionunda keçirilmiş oyunda “Teranqa şirləri” “üç şir” üzərində 3:1 hesablı əzmkar qələbəyə seviniblər.

ESPN şəbəkəsinin təqdim etdiyi məlumata görə, müvafiq qələbə sayəsəində Seneqal yığması Afrika təmsilçilərinin İngiltərə yığması ilə oyunlarında iki tarixi nailiyyətə imza atıb.

“Teranqa şirləri” İngiltərə yığmasını məğlub edə bilmiş və həmçinin ingilislərin qapısından üç qol keçirməyə müvəffəq olmuş ilk Afrika milli komandası olublar.

Əlavə edək ki, Seneqal millisi artıq ardıcıl 24 oyundur ki, əsas vaxtda məğlubiyyət tanımır.

Seçilən
41
arena.az

1Mənbələr