AZ

"Napoli" Kevin De Bruyne transferini tamamladı

"Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Kevin De Bruyne "Napoli"yə keçib.

Operativ Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi ilə İtaliya klubu arasında müqavilə tam razılaşdırılıb. De Bruyne tezliklə tibbi müayinədən keçəcək və transfer rəsmən açıqlanacaq. Onun "Napoli" ilə müqaviləsi 2 illik olacaq.

Ötən mövsüm belçikalı futbolçu “Mançester Siti” ilə 40 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

Seçilən
37
operativmedia.az

1Mənbələr