AZ

İran ərazisindən keçən dəhlizlərin təkmilləşdirilməsi ölkə üçün böyük mənfəəti var – Birinci vitse-prezident

Bakı. Trend:

İran ərazisindən keçən dəhlizlər çərçivəsində yol vədəmiryolların tikilməsi, təkmilləşdirilməsi və inkişafetdirilməsinin ölkə üçün böyük mənfəəti var.

Trend-inməlumatına görə, bunu İranın 1-ci vitse-prezidenti Məhəmməd RzaArif ölkənin yol və şəhərsalma üzrə qurumlarının rəsmilərininiştirakı ilə keçirilən iclasda deyib.

Onun sözlərinə görə, ölkə ərazisindən keçən dəhlizlər böyükəhəmiyyət kəsb edir. Bu dəhlizlər çərçivəsində yolların tikintisivə inkişaf etdirilməsi üzrə işlər tezliklə həyata keçirilməlidir.Halbuki bu işlər ötən illərdə həyata keçirilməli idi. Lakinmüxtəlif səbəblərə görə, bu işlər hələ də tamamlanmayıb.

Arif bildirib ki, ötən illərdə bu dəhlizlər çərçivəsində işlərintamamlanması və ondan əldə olunacaq gəlirlərə diqqət yetirilsəydi,hazırda ölkədə bir sıra çatışmazlıqları asanlıqla həll etmək mümkünolardı.

“İranın region ölkələri, Avrasiya İqtisadi İttifaqına üzvölkəklər və digər ölkələrlə müsbət əlaqələrin inkişafetdirilməsinin tərəfdarı olduğunu nəzərə alaraq, bürokratik işlərinazaldılması ilə dəhlizlər üzrə layihələr çərçivəsində işlərtezliklə icra olunmalıdır”, - deyə o qeyd edib.

İclasda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq beynəlxalqyükdaşıma bazarında daha çox paya sahib olmaq və yerli nəqliyyatınasanlaşdırılması məqsədilə Şimal-Cənub və Şərq-Qərb dəhlizləriçərçivəsində işlərin təkmilləşdirilməsi üçün yol, dəmiryollayihələrinə ehtiyac duyulan vəsait haqda məlumat verib.

İclasda ehtiyac duyulan vəsaitin təmin olunması məsələsi diqqətmərkəzində saxlanılıb.

Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran vəHindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında"Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə birsıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (AzərbaycanRespublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası,Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası,Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası,Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizinyaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali vəQərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır(hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır,"Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmiryolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu iltarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İranərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərqistiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqamətiXəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqamətiAzərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Əlavə edək ki, İran Şərq-Qərb Beynəlxalq Dəhlizinin İrandandəmiryolu keçməsi ilə yük tranzitinə önəm verir. Bu baxımdan İrantəxminən 2 min km uzunluğunda olan və Çini-Avropa ölkələrinəbirləşdirən Şərq-Qərb Beynəlxalq dəhlizinin bir parçası olmağaçalışır.

Seçilən
17
1
az.trend.az

2Mənbələr