AZ

İranda metanol anbarında güclü yanğın - Video

İranın cənubunda limanda metanol saxlanılan anbarda güclü yanğın baş verib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Buşehr vilayətinin təcili tibbi yardım xidmətinin rəhbəri Həsən Musəvi açıqlayıb.

“Kaveh” şirkətinə məxsus anbarında qeydə alınan bu hadisə nəticəsində 3 nəfər həlak olub, daha 10 nəfər isə xəsarət alıb.  

Musəvinin sözlərinə görə, yanğının miqyası nəzərə alınaraq, xəsarət alanların artacağı istisna edilmir.

Bununla belə, hadisənin səbəbi qeyd olunmayıb.

Seçilən
93
qafqazinfo.az

1Mənbələr