AZ

Qəbul imtahanında ən yüksək nəticəsi göstərən Qax məktəblisi: Bakı Dövlət Universitetini seçmək istəyirəm

BAKI, 11 iyun. TELEQRAF

"Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini seçmək istəyirəm"

Bunu Teleqraf-a açıqlamasında Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Hümmətli Çiçək deyib.

"Buraxılış imtahanından 297.5 bal toplamışam, ümumi nəticəm 697.5-dir. Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini seçmək istəyirəm. Bu nəticəni gözləyirdim, ailəm, xüsusilə də anam, məndən bu nəticəni gözləyirdi. İmtahana da bu məqsədlə getmişdim: 400 bal toplamaq.Qax rayonunda hazırlıq kurslarına getmişəm. İki il müddətində ali məktəbə qəbul üçün intensiv hazırlaşmışam. 10-cu sinifdən etibarən ali məktəbə hazırlıq məqsədilə kurslara gedirəm.

9-cu sinifə qədər isə dərslərimi özüm çalışaraq oxumuşam, əlavə hazırlıq almamışam.

Seçilən
23
teleqraf.com

1Mənbələr