AZ

Azərbaycanlı turistlər Mangistauya ən çox səyahət edənlər sırasındadır

ain.az, Azertag saytına istinadən bildirir.

Astana, 11 iyun, AZƏRTAC

Qazaxıstanın Mangistau vilayəti turistlərin qəbuluna görə ölkənin altı aparıcı regionundan biridir və əcnəbi qonaqların cəlb edilməsi baxımından 10-cu yerdədir.

AZƏRTAC Mangistau vilayəti icra orqanının mətbuat xidmətinə istinadla xəbər verir ki, Regional Turizm Departamentinin rəhbəri Yersin İbraşevin sözlərinə görə, bu il bölgəyə 519 min turist gələcək. Bunlardan 430 mini yerli, 89 mini isə əcnəbi qonaqlardır.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Əcnəbi turistlərin əksəriyyəti Rusiya, Çin, İran, İtaliya, Azərbaycan, Böyük Britaniya, Belçika, Türkiyə, Özbəkistan və ABŞ-dan gəlib.

Ümumi proqnozlara görə, 2029-cu ilə qədər bu rəqəm iki dəfə artmalıdır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
azertag.az

1Mənbələr