AZ

FHN radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri keçirdi

BAKI, 11 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi üzrə işləri davam etdirir.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə Şimal Regional Mərkəzi arasında imzalanmış “Qarşılıqlı fəaliyyət planı” çərçivəsində “Sahibsiz radioaktiv mənbələr və onlarla davranış” mövzusunda birgə tədbir keçirilib.

Tədbirdə Mərkəzin əməkdaşları, rayon icra hakimiyyətinin kommunal sahələr üzrə nümayəndələri, gömrük idarələrinin nümayəndələri, eləcə də FHN-nin yerli qurumların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə Agentliyin rəis müavini Əkbər Quliyev açaraq Agentliyin fəaliyyət istiqamətləri, Regional Mərkəzlərlə birgə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək, belə tədbirlərin sahibsiz radioaktiv mənbələrlə əlaqəli davranışların təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Ümumilikdə 25 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, sahibsiz radioaktiv mənbələrin aşkar edilməsi, sahibsiz radioaktiv mənbələrlə davranış zamanı qurumların əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, qəza hallarında idarəetmə mexanizmi məsələləri müzakirə olunub.

Tədbir zamanı - Agentliyin Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin baş məsləhətçisi Elvin Muradov, Sənaye və elmi tədqiqat müəssisələrinə nəzarət sektoru Amil Həmidov, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin baş məsləhətçisi Rəşad Osmanov aidiyyəti mövzular üzrə 3 təqdimatla çıxış ediblər. Təbdir zamanı Agentlik tərəfindən hazırlanan radiasiya qəzalarına aid videoçarx nümayiş olunub.

Təbdirdə mövzuya dair videoçarxlar nümayiş olunub, suallar ətraflı cavablandırılıb.

Seçilən
78
50
teleqraf.com

10Mənbələr