İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlmasında deyib ki, Azərbaycanda bank sektorunda rəqabət mühiti zəifdir:

“Bank sektorunun təxminən 75 faizi cəmi 4 bankın nəzarətindədir. Bu, bazarda inhisarçılığa yaxın vəziyyət yaradır və rəqabəti azaldır. İkinci əsas məsələ depozit faizlərinin yüksək olmasıdır.
Hazırda orta illik depozit faizi təxminən 11 faizdir. Bu da o deməkdir ki, banklar depozitə cəlb etdikləri vəsaitə yüksək faiz ödəyirlər və bu vəsaiti kreditə verdikdə həmin faizləri kompensasiya etmək üçün kredit faizlərini də yüksək saxlayırlar.
Üçüncü əsas səbəb isə bankların əsasən istehlak kreditlərinə üstünlük verməsidir. İstehlak kreditləri adətən qısa müddətli və yüksək faizlidir. Bu, həm əhali tərəfindən tələbatın çox olması, həm də banklar üçün daha gəlirli olması ilə bağlıdır.
Nəticədə, bu üç əsas səbəb rəqabətsiz bank sektoru, yüksək depozit faizləri və istehlak kreditlərinə yönəlmə kredit faizlərinin ümumilikdə yüksək olmasına gətirib çıxarır”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
medicina.azKomadadır, gözləyirik.. -Natiq Cəfərli atasının səhhəti haqda ( 19019818)
-
tribunainfo.azMüştərisindən “Leobank”a ciddi ittihamlar Foto ( 18926761)
-
tribunainfo.azMüştərisindən “Leobank”a ciddi ittihamlar – Foto ( 18926554)
-
bizim.mediaKredit götürmək istəyənlərin DİQQƏTİNƏ – Bunu etsəniz, banklar sizə qeyri-ciddi yanaşacaq ( 18618475)
-
musavat.comAcun Ilıcalıya ŞOK: Yanından GEDİR... - FOTO ( 18511633)
-
bakivaxti.az“Forfinance” BOKT a lisenziya verilib ( 18488065)
-
redaktor.az“İllərdir bədənimdə qəlpələrlə yaşayıram, dözülməz ağrılar çəkirəm...” - FOTO ( 18472594)
-
qafqazinfo.az“İllərdir bədənimdə qəlpələrlə yaşayıram, dözülməz ağrılar çəkirəm...” - Foto ( 18471271)
-
yenilik.az“Bank of Baku” müştərisini şantaj edir – Foto ( 18410407)
-
tribunainfo.az“Bank of Baku” müştərisini şantaj edir – Foto ( 18397099)