AZ

Türkmənistan nümayəndəsi: Türkdilli ölkələrdə ailə dəyərləri, böyüklərə hörmət xüsusi yer tutur

Bakı, 11 iyun, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin iclası cəmiyyətin inkişafı üçün mühüm mövzulara təsir edir. Çünki türkdilli ölkələr kontekstində ailə dəyərləri, böyüklərə hörmət xüsusi yer tutur. Ailənin rolunu anlamaq, gücləndirmək böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bunu Türkmənistan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Taçjanov Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən “Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləyici siyasətlər” adlı tədbirdə deyib.

O qeyd edib ki, Türkmənistanda ailənin əsas rolu və bu dəyərlərin əhəmiyyəti dərk edilsə də, bütün ölkələr kimi, evlilik yaşının artması, milli dəyərlərdə dəyişikliklər kimi problemlərlə qarşılaşmaq mümkündür.

“Bu məsələlərin həlli üçün ailə dəyərləri dəstəklənir, ailə zorakılığına qarşı mübarizə güclənir, rəqəmsal dəstək tədbirləri həyata keçirilir, dövlət hüquqi və metodiki baza təmin edir”, - deyə türkmənistanlı nazir müavini əlavə edib.

Seçilən
25
1
azertag.az

2Mənbələr