AZ

“Bakı İrəvandan fərqli olaraq geniş əlaqələrə malikdir”

“Hindistan xarici siyasət strategiyasını dəyişərək, xüsusilə Cənubi Qafqazda əks-strategiya qəbul edib”.

Tribunainfo.az xəbər verir ki, bunu politoloq Ara Poqosyan deyib.

Onun sözlərinə görə, həmin əks-strategiyanın bir hissəsi də Türkiyə-Azərbaycan, Ermənistan-Azərbaycan münasibətlərinin inkişafıdır.

O qeyd edib ki, Ermənistan hakimiyyəti faktiki olaraq Azərbaycanla hərbi-siyasi tarazlığı bərpa etməyə çalışıb, çalışmaması məlum deyil. “Bu prosesdə tək Hindistanla münasibətlər kifayət deyil”.

Poqosyan hesab edir ki, Türkiyə-Azərbaycan-Pakistan ittifaqına yalnız bir mərkəz və ittifaq kimi baxmaq olmaz. “Bu gün Azərbaycanın İsrail, Çin, bir sıra Afrika və Asiya dövlətləri ilə də möhkəm əlaqələri var “.

Fərda Uğur

Seçilən
27
tribunainfo.az

1Mənbələr