AZ

İranda yanğın baş verib, ölən və yaralananlar var

İranda "Kaveh Petrochemical Company" müəssisəsində metanol çənində baş verən yanğın nəticəsində üç nəfər həlak olub, 10 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə IRNA agentliyi təcili yardım xidmətlərinə istinadən məlumat verib.

Bildirilir ki, hadisə bu gün yerli vaxtla saat 11.30-da ölkənin cənubunda yerləşən Bəndər-Deyər liman şəhərində baş verib. Hadisənin miqyasını nəzərə alaraq, yaralı və ölənlərin sayının artması ehtimalı var.

Seçilən
67
1
report.az

2Mənbələr