AZ

Şəmkirdə müəllimlərin olduğu avtomobil aşdı - Ölən və xəsarət alanlar var - YENİLƏNİB

11.06.2025-ci il tarixində saat 10:30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1-i qadın cinsli, 1-i kişi cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
 
Bu barədə Moderator.az-a TƏBİB-dən məlumat verilib. 
 
Bildirilib ki, 2001-ci il təvəllüdlü şəxsə (qadın cinsi) döş qəfəsinin yuxarı aşağı ətrafının küt travması, 2021-ci il təvəllüdlü azyaşlıya ( kişi cinsi) baş-burun nahiyəsinin əzilmiş səthi yarası, aşağı ətrafların diz oynağı nahiyəsinin əziyi diaqnozları təyin edilib.
 
Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.
 
11:47
 
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə rayonun Könüllü kəndi istiqamətində qeydə alınıb.
 
Belə ki, “Great Wall Haval” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
 
Nəticədə sürücü Şəbnəm Firudin qızı Hüseynova və daha 2 nəfər xəsarət alıb. Onlardan biri hadisə yerində vəfat edib. Xəsarət alanlardan biri azyaşlıdır.
 
Faktla bağlı araşdırma aparılır.
 
***
 
Hadisə nəticəsində Şahin Əmirov adına Dəllər Cırdaxan kənd orta məktəbinin 1994-cü il təvəllüdlü müəllimi Həqiqət İsmayılova hadisə yerində ölüb.
 
Avtomobildə olan digər müəllim Şəbnəm Hüseynova isə yaralanıb. Maşında olan 2021-ci il təvəllüdlü azyaşlı isə xəsarət alıb.
 
Həmin şəxslər səhər saatlarında Gəncə şəhərində çalışdıqları məktəbə işə gedirmişlər. /Qafqazinfo.az/
 
Seçilən
59
4
moderator.az

5Mənbələr