Azərbaycan Premyer Liqasında son illər görməyə adət etdiyimiz mövsüm sonundakı tablo yenə pozulmadı.
“Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 12-ci dəfə ölkə çempionu oldu və Çempionlar Liqasında ikinci mərhələdən oynamaq huququ qazandı.
“Sabah” Azərbaycan Kubokunun qalibi kimi Avropa Liqasına, çempionatda ikinci yeri tutan ”Zirə” və bürünc medalçı “Araz-Naxcıvan” isə Konfrans Liqasına vəsiqə əldə etdi.
10 komanda arasında ən az xal toplayan “Səbail” I Liqaya yuvarlandı.
“Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğlu mövsümün yekununa həsr olunan növbəti süjetini hazırlayıb.
Bu dəfə çempionatı ikinci “beşlik”də başa vuran komandaların çıxışı haqqında danışılıb.