Beyləqanda tənha yaşayan kişinin meyiti evində aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Mayak qəsəbəsində baş verib.
1959-cu il təvəllüdlü Tolya Aleksandroviç Orlovun meyiti yaşadığı evdə aşkarlanıb. Müayinə zamanı meyitdə heç bir zorakılıq əlaməti aşkarlanmayıb.
Məlumata görə, Tolya Aleksandroviç Orlov spirtli içki aludəçisi olub və evində tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.(oxu.az)