AZ

Meyitxanaya gedərkən anidən DİRİLDİ - FİLM KİMİ OLAY

Ajans.az xəbər verir ki, bu qəribə hadisə barədə “Bangkok Post” qəzeti məlumat yayıb. Mütəxəssislər yerli balıqçıların çağırışından sonra hadisə yerinə gəliblər. Cəsəd Nonthaburi əyalətində körpünün altında “üzüb”. İnsanlar kanalda tapılan naməlum şəxsin öldüyünə əmin olublar. Daha sonra bildiriblər ki, kişidə həyat əlaməti olmayıb. Bundan əlavə, gələn kimi həkimlər onun üzündəki qanı yoxlayıb və yoldan keçənlərin dediklərini təsdiqləyiblər. Mütəxəssislər meyiti meyitxanaya çatdırmağa hazırlaşan kimi o, qəfildən canlanıb və ucadan qışqırıb: "Mənə kömək edin!". Müvafiq idarələrin əməkdaşları tez bir zamanda kişini sudan çıxarıb və onun özünə gəlməsinə kömək ediblər. O, Kösəm olduğunu və təxminən 70 yaşının olduğunu bildirib. Evə qayıdarkən özünü pis hiss etdiyini və kanalda huşunu itirdiyini xatırlayır. Kişi əlavə müayinə üçün xəstəxanaya yerləşdirilib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
20
Ajans.az

1Mənbələr