Türkiyədə kababxanada işləyən Suriya əsilli Zukaa Mahmuda (44) iş yerinə gələn oğlu Əli B. (24) bıçaqla hücum edib.
News24.az xəbər verir ki, anasını bədəninin müxtəlif nahiyələrindən bıçaqlayan Əli B. hadisə yerindən qaçıb.
Xəbərdarlıq üzərinə 112 Təcili Sağlamlıq və polis qrupları ünvana sövq edilib.
Ünvana gələn tibbi briqada apardıqları müayinə zamanı qadının həyatını itirdiyini müəyyən ediblər.
Polis qrupları şübhəli Əli B.-nin tutulması üçün iş başladıb.
Günel Məlikzadə