AZ

İstiqlal Muzeyində maarifləndirici və əyləncəli tədbir keçirildi

03 iyun 2025-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində 18 may-18 iyun tarixləri “İnsan Hüquqları aylığı” çərçivəsində Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin birgə təşkilatçılığı ilə  “Azərbaycan  Uşaqları İctimai  Birliyi  Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi “ üçün həm maarifləndirici , həm də əyləncəli tədbir keçirildi...

Poliqon xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli  tərəfindən uşaqlara maraqlı ekskursiya aparıldı. Ekskursiya zamanı uşaqlar Azərbaycanımızın tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış oldular. “ Azərbaycan Uşaqları “ İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə  çıxışında uşaqların hüquqlarının müdafiəsi haqqında söz açdı.  Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin işlərindən , uşaqlara dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğısından danışdı.

Daha sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələri tərəfindən konsert proqramı təqdim edildi.

 

 

 


Poliqon.info

 

Seçilən
27
1
poliqon.info

2Mənbələr