AZ

“PAŞA Bank” kreditin təsdiqi müddətində radikal azalmaya nail olub

“Əlavə təkmilləşdirmə işləri aparmaqla faktorinq məhsulumuzu tam rəqəmsal məhsula çevirmişik”.

Marja.az xəbər verir ki, bunu 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.

“Sifarişçi olan alıcı şirkət və satıcı olan podratçı şirkət arasında bütün münasibətləri ofisdən çıxmadan çox rahat yolla icra etmək mümkündür. Keçən il, faktorinq ən sürətlə böyüyən kredit məhsulundan birinə çevrilib”,- Bankın sədri deyib.

Cavid Quliyev rəqəmsallaşmanın kreditləşmə prosesinə təsirinə toxunaraq əlavə edib ki, təsdiq müddətində radikal azalma baş verib:

“Rəqəmsallaşmanın kreditləşmə prosesinə təsiri: əvvəl kredit müraciətinin təsdiqi 48 saata qədər vaxt aparırdı, indi 8 saata endirilib. Əgər əvvəllər müştəri kredit xəttinin aktivləşməsi üçün bir neçə gün gözləyirdisə, artıq kredit xətti avtomatik uzadılma ilə 2 saata aktiv olur.

Paylama zəncirində əməliyyatların tamamlama müddəti isə, əvvəl 2 saat təşkil edirdisə, indi 30 saniyənin altında nəticədir”.

Seçilən
69
marja.az

1Mənbələr