Amerikalı iş adamı İlon Mask sosial şəbəkələrdə ABŞ Prezidenti Donald Trampla bağlı yazdığı yazılara görə təəssüfləndiyini bildirib.
Missiya.Az xəbər verir ki, o bu barədə özünün “X” media hesabında məlumat yayıb.
"Mən Tramp haqqında yazdığım bəzi yazılara görə təəssüflənirəm", - deyə Mask vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Tramp Maskın narkotikin təsiri altında onunla mübahisə etdiyini qeyd edib. Ağ Ev rəhbəri Maskın davranışını dəlilik adlandırıb.
Daşqın HəsənovMissiya.Az