
ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdə baş verən iğtişaşlara münasibət bildirərək vəziyyətin nəzarətdən çıxacağından narahat olmadığını deyib. O, Milli Qvardiya qüvvələrinin şəhərdə təhlükə tamamilə aradan qalxana qədər qalacağını açıqlayıb.Tramp, ölkənin ən fövqəladə tədbirlərindən biri olan Üsyan Aktına müraciət edib-etməyəcəyi sualına isə qətiyyətli cavab verib:“Əgər üsyan olarsa, mən buna mütləq müraciət edərəm. Baxacağıq... Amma sizə deyim, dünən gecə dəhşətli idi. Ondan əvvəlki gecə isə daha da pis...”Qeyd edək ki, ABŞ-ın ən iri şəhərlərindən biri olan Los-Anceles son günlər etirazlar, qarışıqlıqlar və güc nümayişləri ilə gündəmdədir. Küçələrdə silahlı əsgərlər, havada qorxu, Tramp isə sərt addımlara hazır olduğunu açıq şəkildə bəyan edir.Ulusum.az
Diqqət Çəkənlər
DİN BDYPİ Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü saxlanıldı
Sülh yoxsa müharibə? Nüvə danışıqları çökərsə, İsrail hücuma keçəcək
“ChatGPT” Çökdü?