AZ

Mask Tramp Haqqında Yazdığı Bəzi Paylaşımlarına Peşman Olub

BAKI,TurkicWorld

Milyarder Elon Mask ABŞ Prezidenti Donald Tramp haqqında keçən həftə etdiyi bəzi paylaşımlarına görə peşman olduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Mask X sosail media hesabından paylaşım edib.

"Mən, Prezident Donald Tramp haqqında keçən həftə etdiyim bəzi paylaşımlarım üçün peşmanam"-deyə Mask bildirib.

Qeyd edək ki, Tesla və SpaceX CEO-su Trampın geniş vergi və xərcləmə qanununu "iç ürpədici bir dəhşət" olaraq təsvir edib.

Maskın paylaşımı, Trampın Mask ilə münasibətlərinin bitdiyini bildirməsindən bir neçə gün sonra gəlib.

Seçilən
73
turkic.world

1Mənbələr