AZ

Hüquq müdafiəçisi: Ermənistanda xalqımıza qarşı müharibə cinayətləri törədən fərdlərin cinayət məsuliyyəti mövcuddur

Bakı, 11 iyun, AZƏRTAC

Biz Qərbi Azərbaycanda dağıdılmış mədəni irs, o cümlədən dini obyektlər, dəyişdirilmiş toponimlər və deportasiya məsələləri ilə əlaqədar hesabatlar hazırlayırıq. Buna paralel, onları Ermənistanın BMT-nin orqanlarına verdiyi hesabatlara cavab olaraq qurumun veb-səhifələrində yerləşdirməyə nail oluruq. Eyni zamanda, BMT-nin Cenevrə ofisində keçirilən sessiyalarında iştirak edərək, brifinqlər keçirərək, Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarırıq. Son 2 ildə biz üç komitənin yekun müşahidə sənədlərinə xüsusi fəsillərin daxil edilməsinə nail olmuşuq. Bu, çox vacib məsələdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.

O bildirib ki, Ermənistanın dövlət olaraq Azərbaycan qarşısında hüquqi və maddi-siyasi məsuliyyəti var. Ermənistanda xalqımıza qarşı müharibə cinayətləri törədən fərdlərin də cinayət məsuliyyəti mövcuddur.

Seçilən
15
1
azertag.az

2Mənbələr