Avropa Şurasının baş katibi Alen Bersen iyunun 11-12-də Ermənistana səfər edəcək.
Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yazdığına görə, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.
Baş katib Ermənistan prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və ədliyyə naziri Srbuhi Qalyanla görüşəcək.
O, həmçinin ictimaiyyət qarşısında çıxış edəcək və İrəvan Dövlət Universitetinin tələbələri ilə görüşəcək.
Mesajın mətnində deyilir ki, Ermənistan 2026-cı ilin yazında Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısına ev sahibliyi edəcəyi üçün İrəvan görüşlərində Avropa Şurasının regionun yeni Avropa demokratik təhlükəsizlik arxitekturasında rolunun gücləndirilməsinə necə töhfə verə biləcəyi məsələsi müzakirə olunacaq.