AZ

Avropa Şurasının baş katibi bu gün Ermənistana səfər edəcək

Avropa Şurasının baş katibi Alen Berset bu gün Ermənistana səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Berset burada Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, Baş nazir Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və ədliyyə naziri Srbuhi Qalyanla görüşəcək.

Məlumata görə, Avropa Şurasının baş katibi Ermənistana səfəri zamanı İrəvan Dövlət Universitetində mühazirə oxuyacaq, tələbələrlə görüşəcək.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
63
missiya.az

1Mənbələr