AZ

Rəqəmsallaşma bu gün bütün dünyada ailə fərdləri arasında uçuruma gətirib çıxarıb

BAKI, 11 iyun. TELEQRAF
Rəqəmsallaşma bu gün bütün dünyada ailə fərdləri arasında uçuruma gətirib çıxarıb.

Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Cumhuriyyəti Əmək və Sosial Müdafiə Naziri Sadıq Qardiyanoğlu Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı tədbirdə çıxışı zamanı deyib.
"Ailəni qorumaq sadəcə bu günü qorumaq yox, gələcəyin inşasıdır. Hazırda bütün dünyada ailə anlayışı daha əvvəllər rastlaşmadığı problemlərlə üz-üzə qalıb. Rəqəmsallaşma ailə fərdləri arasında uçurum yaradıb. Qadınlar, uşaqlar, gəbcler və əlillələrə yönəlmiş çalışmalara başlamışıq. Son beş il ərzində evlilik sayı dəyişmir, boşanma faizi isə artmaqdadır. Ona görə də, ailə anlayışını qorumaq üçün sosial və iqtisadi dəstək verilməsi önəmlidir".

Seçilən
24
teleqraf.com

1Mənbələr