"Biz müdafiə qurğularının tikintisi ilə bağlı tənqidəlayiq vəziyyətə aydınlıq gətirilməsini, tikintinin pozulmasına, vəsaitlərin mənimsənilməsinə və ölkənin müdafiə qabiliyyətinin zəiflədilməsinə görə məsul olan şəxslərin adlarının açıqlanmasını tələb edirik. Onlar vəzifədən kənarlaşdırılmalı, işdən azad olunmalı və cinayət məsuliyyətinə cəlb edilməlidirlər", - deyə deputat şəxsi "Telegram" kanalında bildirib.
Geraşenko həmçinin bildirib ki, istehkamların inşasında regional hərbi-mülki administrasiyalar kənarlaşdırılmalı, baş verən pozuntularla bağlı ictimaiyyətə açıq məlumat verilməlidir.
Qeyd edək ki, may ayının sonunda Bihus.Info araşdırma layihəsinin jurnalistləri Prezident Volodimir Zelenskinin yaxın ətrafının müxtəlif regionlarda müdafiə istehkamlarının tikintisində böyük korrupsiya sxemlərində iştirak etdiklərini ortaya çıxarıb. Məlumatları Ali Radanın deputatı Yaroslav Jelejnyak da təsdiqləyib və Dövlət Hesablama Palatasını 2025-ci il üçün nəzərdə tutulmuş 906 milyon dollarlıq büdcə vəsaitinin yoxlanmasına çağırıb. Onun sözlərinə görə, bu pulların məmurların əlaqəli şirkətlərinə yönləndirilməsi ehtimalı çox yüksəkdir.
Ukraynada istehkamların tikintisi ilə bağlı qalmaqallar artıq bir neçə dəfə gündəmə gəlib. 2024-cü ilin yazında Xarkov vilayətində xidmət edən hərbçilər istehkam xətlərinin tamamilə yararsız və müdafiəyə hazır olmadığını bəyan etmişdilər. Onlar bu sahəyə ayrılan vəsaitlərin mənimsənildiyini qeyd etmişdi. Cari ildə isə tənqidlərin mərkəzində Sumı vilayəti dayanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31