AZ

Ailədən uzaq qalmaq seçimini mən etdim

Axsham.az saytına istinadən ain.az xəbər verir.

"Məni xəyal qırıqlığına uğradan insanlar oldu. Amma az oldu. Mənim yanımda hər zaman xanımlar olub. Bütün duyğularımı sevirəm, heç nə üçün heyfslənmirəm. Haqqını verərək yaşamaq istəyirəm".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimli 106.3 FM-də Kazım Sübhanın qonağı olarkən deyib. Sənətçi Türkiyəyə gəlin köçməsindən, ailəsindən uzaq qalmasından danışıb:

"Tək qalmaq, darıxmaq və ailəsindən uzaq qalmaqdırsa, bu seçimi mən etmişəm. Getdikdən sonra da balaca uşaq kimi ağlamağın mənası yoxdur. Nə sızıldadım, nə də anama zəng etdim. Oturub ağlayan balaca bir İradə var idi. Amma bunu heç kimə bildirmədim. Çünki balaca yaşlarımdan öz ayağım üstündə durmağı bacarmışam. Getməsəydim, özümü çox gözəl bir insandan - Ceyhundan məhrum edərdim. Necə gözəl bir insanla qarşılaşmışam. Ceyhun qarabağlıdır.  Seyid Həmzə Nigarinin nəvəsi, nəticəsi, kötücəsindəndir".

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, Ceyhun adlı bəylə ailəli olan sənətçinin 2 övladı var. İ.İbrahimova ailə qurduqdan sonra Türkiyəyə köçüb və orada yaşayır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
axsam.az

1Mənbələr