AZ

Anar Cəbrayıllıya YÜKSƏK VƏZİFƏ verildi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin keçmiş mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıya vəzifə verilib.

Musavat.com xəbər verir ki, o, İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Anar Cəbrayıllı uzun müddət "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri olub.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
65
1
musavat.com

1Mənbələr