AZ

NATO sammitində Ukrayna məsələsinə baxılmayacaq - VİDEO

AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin yazdığına görə, layihəyə əsasən, hədəf bu göstəricinin ÜDM-in 5 faizindən az olmayaraq müəyyən edilməsi təklifinin dəstəklənməsidir. Bunun 3,5%-i əsas müdafiə ehtiyaclarına, digər 1,5%-i isə kibertəhlükəsizlik, infrastruktur və mülki hazırlıq sahələrinə ayrılmalıdır.

Bu il Alyans liderləri yalnız bir məsələyə - müdafiənin maliyyələşdirilməsinə diqqət yetirəcəklər. NATO-nun genişlənməsi və ya Ukraynaya strateji yardım göstərilməsi mövzuları müzakirə olunmayacaq.

“NATO müttəfiqləri alyans üzvlərinin bu ayın sonunda keçiriləcək liderlər sammitində qəbul edəcəyi yeni xərc hədəflərinə Ukraynaya dəstək üçün töhfələr daxil etməyi nəzərdən keçirəcək”,- agentlik yazır.

Lakin sammitin yekun bəyannamə layihəsində Kiyevə uzunmüddətli təhlükəsizlik yardımı göstərmək öhdəliyi barədə heç bir xatırlatma yoxdur.

ABŞ “Rusiya yükü”nü Avropanın üstünə atır- VİDEO
Həmçinin Ukraynaya 40 milyard dollar yardım göstərilməsi ilə bağlı əvvəlki vədlər təkrarlanmır. Bununla belə, layihədə kollektiv müdafiə öhdəliyi təsbit edilir və Ukraynaya qarşı müharibədə Rusiya, onun“təcavüzkar” kimi tanınmasına dair heç bir ifadə olmadan, birbaşa“Avro-Atlantik təhlükəsizliyə təhdid”adlandırılıb. Sənəddə müdafiə məhsulları ticarətində maneələrin aradan qaldırılması təklifi də yer alıb.

Bir iş sessiyasını və Hollandiya kralı ilə şam yeməyini nəzərdə tutan belə“təvazökar” formatəvvəllər müttəfiqlərini qeyri-adekvat müdafiə xərclərinə görə tənqid edən ABŞ prezidenti Donald Trampla ictimai ixtilaf riskini azaltmaq məqsədi daşıyır.

NATO-nun baş katibi Mark Rüttenin fikrincə, hərbi xərcləri 5%-lik həddə razılaşdırmaq Tramp üçün siyasi uğur olacaq və bu, ABŞ-nin alyansda fəal iştirakını saxlamağa kömək edəcək.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Müdafiə naziri Pit Heqset Vaşinqtonun NATO üzrə müttəfiqlərinin Avropanın konvensional (adi silahlarla) müdafiəsini təmin etmək və Rusiyanı çəkindirmək məsuliyyəti öz üzərinə götürməli olduqlarını bildirib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
48
1
azvision.az

2Mənbələr