AZ

Rusiyanın Ukraynaya ən böyük dron hücumu: 284 hədəf vuruldu

2025-ci il iyunun 9-dan 10-na keçən gecə Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə genişmiqyaslı hava hücumu təşkil edib.

Tribunainfo.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ümumilikdə 322 hava hücum vasitəsi – əsasən “Şahed” tipli kamikadze dronları və müxtəlif tipli simulyator pilotsuz uçuş aparatları işə salınıb. Hücumun əsas istiqaməti paytaxt Kiyev olub.

Rusiya tərəfi həmçinin iki ədəd KN-23 ballistik raketi (Voronej vilayətindən) və beş ədəd “İskander-K” qanadlı raketini də buraxıb.

Ukrayna hava hücumundan müdafiə qüvvələri hücumu havadan və yerüstü zenit-raket kompleksləri, radioelektron mübarizə vasitələri, mobil atəş qrupları və pilotsuz sistemlərlə dəf edib.

İlkin məlumata əsasən, saat 09:00-a olan vəziyyətə görə, ümumilikdə 284 hava hədəfi zərərsizləşdirilib. Onlardan 220-si birbaşa atəşlə vurulub, 64-ü isə radarlardan itib.

Hücum nəticəsində zərər və tələfat barədə məlumat verilməyib.

İmran Kərimli

Seçilən
38
1
tribunainfo.az

2Mənbələr