"Qalatasaray" Leroy Saneni heyətinə qatmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" almaniyalı futbolçunu razı salmağı bacarıb.

Sane "Bavariya"nın sonuncu təklifini də qəbul etməyib. O, Klublararası Dünya Çempionatında da olmayacaq.

Bu barədə xarici KİV məlumat yayıb.

"Qalatasaray" 29 yaşlı vingerə illik 11 milyon avro məvacib ödəyəcək. İstanbul klubunun Çempionlar Liqasında iştirak etməsi keçidi asanlaşdırıb.