Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin həkim-rezidenti Güllüxanım Rəhimova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi və ATU-nun 95 illik yubileyinə həsr olunmuş Tibb Festivalında məruzəçi qismində iştirak edib. SİA xəbər verir ki, həkim-rezident Güllüxanım Rəhimova “Stress sidikqaçırma zamanı FEMİLİFT CO2 lazer təcrübəsi” mövzusunda təqdimatla çıxış edib, mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta