AZ

Avstriya polisi məktəbə hücum edən şəxsin evində əldəqayırma bomba aşkar edib

Avstriya polisi Qrats şəhərində gimnaziyada atəş açan şəxsin evində axtarış zamanı əldəqayırma partlayıcı qurğu aşkar edib.

"Report" xəbər verir ki, bu barədə "Heute" qəzeti mənbələrə istinadən yazıb.

Bildirilib ki, hazırlanmış bomba "funksional olmayıb". Cinayətkar atəş açmazdan əvvəl vida videosu çəkib, burada hücum qərarını "öz iradəsi ilə" qəbul etdiyini bildirib.

Qeyd edək ki, Avstriyada 10 nəfərin həlak olduğu atışma ilə əlaqədar üç günlük milli matəm elan edilib.

Seçilən
23
1
report.az

2Mənbələr