AZ

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı mayda 61 % artıb

Bu ilin yanvar-may aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 453 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur.

Kibertəhdidlərin 190-ı daxili araşdırma, 263-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə mayda isə 82 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 61 % çoxdur.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 195 082 zərərverici tərkibli elektron sənəd blok edilib.

Seçilən
53
3
report.az

3Mənbələr