AZ

Dünyada hamını arxada qoydu

Lamin Yamal dünyanın ən dəyərli futbolçusu olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə “transfermarkt” məlumat yayıb.

Son yenilənmələrə əsasən, “Barselona”nın 17 yaşlı oyunçusunun bazar dəyəri 200 milyon avroya yüksəlib. Yamal bu göstərici ilə Cud Bellingem (Real), Kilian Mbappe (PSJ) və Erlinq Holannı (Mançester Siti) geridə qoyub. Bu futbolçuların hər birinin dəyəri 180 milyon avro göstərilib.

Yamal son mövsüm “Barselona”nın heyətində 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
54
football-plus.az

1Mənbələr