AZ

Braziliya bu qələbə ilə Dünya Çempionatına vəsiqə qazandı - VİDEO

Braziliya millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

"Unikal" xəbər verir ki, Karlo Ançelottinin komandası seçmə mərhələnin XVI turunda Paraqvayı 1:0 hesabı ilə məğlub edərək həlledici raunda vəsiqə əldə edib.

Bununla da “sambaçı”lar bütün mundiallara vəsiqə qazanan yeganə ölkə olub.

Cənubi Amerika zonasında Peru ilə qolsuz heç-heçə edən Ekvador da adını DÇ-2026-ya yazdırıb.

Qeyd edək ki, Braziliya millisi beş dəfə dünya çempionluğu tituluna yiyələnib.

Seçilən
80
3
unikal.az

7Mənbələr