AZ

Danışmaqdan yorulmayanlara xəbərdarlıq!

Həddindən artıq danışmaq ünsiyyət bacarığı deyil, psixoloji asılılıq əlaməti ola bilər.


Pravda.az bildirir ki, fasiləsiz danışmaq ehtiyacı olan insanlar ətrafdakıları dinləməkdə çətinlik çəkir və bəzən bilmədən qarşı tərəfə zərər verə bilər. Bu vəziyyət yalan danışma və ya həqiqətləri şişirtmə meyilləri ilə də müşayiət olunur.
 

Bu vərdiş tez-tez stressin nəticəsi olur. İnsanlar daxili narahatlıqlarını azaltmaq üçün normadan artıq və yüksək səslə danışmağa meylli olurlar.
 

Uzmanlar tövsiyə edir ki, bu vərdişlə mübarizə üçün insanlar enerjilərini boşalda biləcəkləri idman növlərinə və ya yürüş kimi sadə fiziki fəaliyyətlərə yönəlsinlər. Çünki fiziki aktivlik həm psixoloji rahatlama, həm də danışıq balansının qorunmasına kömək edir.


Əminə Bayramova

Tarix: 11 İyun 2025, 10:37   
Seçilən
24
2
pravda.az

3Mənbələr