AZ

Atasını öldürən yeniyetməyə hökm oxunub

Bakı. Trend:

Atasını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən,yetkinlik yaşına çatmayan D.H cinayət işi üzrə sonuncu məhkəməprosesi keçirilib.

Trend xəbərverir ki, Lənkəran Ağır Cinayətlər Məhkəmənində hakim XammədNuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsin atası Röyal Hüseynovuöldürməsi sübuta yetirilib və o, 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bildirək ki, dövlət ittihamçısı da cinayət işi üzrətəqsirləndirilən şəxsin 10 il müddətə azadlıqdan məhrum edilməsiniistəmişdi.

Qeyd edək ki, hadisə ötən il 17 dekabrda Salyan rayonunun YeniUluxanlı kəndində baş verib. Ona Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Seçilən
10
az.trend.az

1Mənbələr