Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı səviyyəsində irəliləyiş əldə olunmazsa, Fransada 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı yaxın aylarda qadağan edəcəyini bildirib...
Poliqon bu barədə Politico-ya istinadən xəbər verir.
"Biz gözləyə bilmərik" deyən Makron 14 yaşlı oğlanın sırt çantasını yoxlama zamanı 31 yaşlı müəllimi bıçaqlayaraq öldürdüyü Haute-Marne şəhərində qətldən sonra France 2 televiziyasına bildirib.
Fransa prezidenti həmçinin internet üzərindən bıçaq satan internet saytlarında yaxın vaxtlarda yaş yoxlamasının tətbiq ediləcəyini açıqlayıb:
"15 yaşlı bir uşaq daha onlayn bıçaq ala bilməyəcək. Bu o deməkdir ki, biz genişmiqyaslı maliyyə sanksiyaları və qadağalar tətbiq edəcəyik".
Daha sonra Emmanuel Makron X sosial şəbəkəsində yazıb:
"Mən 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələri qadağan edirəm. Platformaların yaşı yoxlamaq imkanı var. Gəlin bunu edək".
Bundan əvvəl üç ölkənin: Fransa, İspaniya və Yunanıstanın rəqəmsal siyasət nazirləri qanun layihəsi hazırlayıblar. Buna əsasən, 15 yaşdan kiçik istifadəçilərin resurslara girişinin bağlanması təklif edilir. Bu mövzunu şərh edən Emmanuel Makron sosial şəbəkələrin uşaqlarda psixi pozğunluqlara səbəb ola biləcəyini və bunun sübut edildiyini bildirib.
Poliqon.info