AZ

Erməni konyakları ilə dolu TLR-lar Gücüstan sərhəddində " şişib"...


"Gürcüstan keçid məntəqəsində erməni konyakını daşıyan onlarla yük maşını ilişib qalıb. Hazırda bu yük maşınlarınınhərəkətinə icazə verilməsi üçün danışıqlar aparılır". Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyindən məlumat verilib. "30-dan çox yük maşını artıq Rusiyadadır", - deyə nazirlik qeyd edib. Qeyd edək ki, ötən həftə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə 50 gündür Gürcüstan keçid məntəqəsində ilişib qalan erməni konyakını daşıyan 52 yük maşınının Gürcüstan sərhədini keçərək Rusiya ərazisinə keçməyə icazə aldığını açıqlamışdı.

Eyni zamanda, həmin maşınlardan72-si Gürcüstanda qalıb. Xatırladaq ki, erməni konyak istehsalçıları mütəmadi olaraq Ermənistan mallarının Gürcüstan ərazisindən ixracı prosesinə maneçilik törədilməsinə qarşı etiraz aksiyaları keçirirlər. Onların sözlərinə görə, “Yuxarı Lars” keçid məntəqəsində Rusiya və Baltikyanı ölkələrə ixrac üçün nəzərdə tutulan konyak kortəbii laborator müayinələrdən keçirilir ki, bu da böyük gecikmələrə və maliyyə itkilərinə səbəb olur.

Surxay Əliyev

Seçilən
26
baki-xeber.com

1Mənbələr