Bakı. Trend:
ABŞ-nin miqrasiya siyasətinə, o cümlədən, qanunsuz mühacirlərinkütləvi deportasiyasına qarşı etirazlar fonunda Los-Ancelesdəfövqəladə vəziyyət rejimi elan edilib.
Trend xəbər verirki, bu barədə şəhər meri Karen Bass məlumat yayıb.
Komendant saatı Los-Ancelesin mərkəzi rayonlarında tətbiqolunub.
Bassın sözlərinə görə, komendant saatı bir neçə gün davamedəcək: 10 iyun saat 20:00-dan (Bakı vaxtı ilə 11 iyun saat 06:00)11 iyun saat 06:00-dək (Bakı vaxtı ilə 11 iyun saat 16:00).
Xatırladaq ki, iyunun 6-dan etibarən Los-Ancelesdə Ağ Evinmiqrasiya siyasətinə qarşı etiraz aksiyaları keçirilir. Etirazlariğtişaşlarla müşayiət olunub və 8 iyun tarixində ABŞ prezidentiDonald Tramp ştata 2 min Milli Qvardiya əsgəri göndərib. Ertəsi günPentaqon Los-Ancelesə 700 dəniz piyadası göndəriləcəyiniaçıqlayıb.
10 iyun tarixində Kaliforniya ştatı və qubernator Qavin NyusomABŞ prezidentinə, Pentaqona və Müdafiə Nazirliyinin rəhbəri PitHegsetə qarşı Los-Ancelesə Milli Qvardiya qoşunlarınınyerləşdirilməsi ilə bağlı məhkəməyə müraciət ediblər. Tramp bunacavab olaraq, qubernatorun həbsini dəstəkləyəcəyini bildirib və onuiğtişaşlara görə məsuliyyət daşıyan şəxs adlandırıb.