AZ

Prezident futbolçulara avtomobil həddiə edib

Özbəkistan milli komandasının futbolçularına yığmasının tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsində vəsiqə əldə etməsi münasibəti ilə ölkə Prezidenti Şavkat Mirziyoyev tərəfindən BYD elektromobilləri hədiyyə edilib.

Herbiand.az xəbər verir ki, avtomobillər Qətər komandası üzərində qazanılan 3:0 hesablı qələbədən sonra stadionda futbolçulara təqdim olunub.

Həmçinin prezident komanda üzvlərini və məşqçiləri “Özbəkistanın fəxri” adı ilə təltif edib.

Qeyd edək ki, özbəklərin final mərhələsinin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin millisi ilə keçirilən matçı 0:0 hesabı ilə yekunlaşmışdı. Bununla da sona bir tur qalmış Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin etmişdi.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.



Seçilən
57
12
herbiand.az

10Mənbələr