54 yaşlı ispan mütəxəssis Xosep Qvardiolanın çalışdırdığı “Mançester Siti”nin məşqçilər qərargahına iki mütəxəssis qoşulub.
Arena.az bu barədə “Mançester Siti”nin mətbuat xidmətinə istinadən məlumat verir.
42 yaşlı niderlandlı mütəxəssis Pepeyn Leynders və 37 yaşlı portuqaliyalı mütəxəssis Ceyms Frenç “şəhərlilər”lə çalışacaqlar. Leynder Qvardiolanın baş köməkçisi təyin edilib. Frenç isə standart vəziyyətlər üzrə mütəxəssis olaraq işə qəbul edilib.
Hər iki mütəxəssis 57 yaşlı alman mütəxəssis Yurgen Klopun rəhbərliyi altında “Liverpul”da çalışıb.