Müxtəlif qitələrarası ballistik raketi (MQBR) vurmaq son dərəcə çətindir, lakin bu, mümkünsüz deyil...
Poliqon xəbər verir ki, Slash Gear resursunun izahına görə, 2025-ci ilə olan texnoloji imkanlara baxmayaraq, belə raketləri havada məhv etmək olduqca çətindir. Bununla belə, dünya dövlətləri MQBR-lərdən müdafiə üçün müxtəlif raket əleyhinə müdafiə sistemləri üzərində çalışırlar.
MQBR-lərin yaratdığı təhlükə
MQBR-lər əsasən nüvə başlıqları daşımaq üçün yaradılıb. Onların dağıdıcı gücünü daha dəqiq anlamaq üçün "kiloton" və "meqaton" anlayışlarına nəzər salmaq faydalıdır. Belə ki, 1 kiloton — 1000 ton trotilə, 1 meqaton isə — 1 000 000 ton trotilə bərabər partlayış gücünü ifadə edir.
Məsələn, ABŞ-ın nüvə triadasının əsas komponentlərindən biri olan "LGM-30 Minuteman III" MQBR-i W87 tipli başlıq daşıya bilir. Bu başlığın partlayış gücü 300-dən 475 kilotona qədərdir. ABŞ və Rusiya arasında bağlanmış Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinə (START) qədər bu raket üç başlıqla təchiz olunurdu. Onu əvəz edəcək yeni "LGM-35 Sentinel" raketinin isə bir neçə başlıq daşıya biləcəyi ehtimal olunur.
Tədqiqatçılar bildirirlər ki, Hirosima və Naqasakiyə atılmış atom bombalarının gücü müvafiq olaraq 15 və 21 kiloton olmuşdur. Bu bombalar 214 000-dən çox insanın ölümünə və şəhərlərin tamamilə dağılmasına səbəb olub. Müqayisə üçün qeyd olunur ki, bir ədəd W87-1 başlığı, müharibədə istifadə olunan ən güclü bombalardan 22 dəfə daha dağıdıcı gücə malikdir.
"Nukemap" adlı simulyatorun köməyi ilə aparılan hesablamalara əsasən, əgər belə başlıq bu gün Yaponiyanın Hirosima şəhərinə atılsa, Hacukaichi, Saka, Kumano, Kaita və Fuçu şəhərləri də ya tamamilə dağılar, ya da ciddi ziyan görərdi. ABŞ-ın paytaxtı Vaşinqtonda belə partlayış baş versəydi, paytaxtla yanaşı Aleksandriya, Betesda, Kollec Park, Hattsvill və digər onlarla şəhər də məhv olardı. Partlayışdan sonra yaranacaq radioaktiv çöküntülər isə geniş ərazidə həyatı təhlükəyə atardı.
MQBR-ləri dayandırmaq mümkündürmü?
Belə raketi vurmaq, sanki minlərlə kilometr uzaqlıqdakı bir gülləni başqa bir güllə ilə vurmağa bənzəyir. ABŞ-ın mövcud raket əleyhinə müdafiə sistemləri olsa da, MQBR-lərin tam qarşısını almaq mümkün deyil.
MQBR-lərin uçuşu üç fazaya bölünür:
1. İvələmə fazası (2-5 dəqiqə),
2. Səma fazası (20-30 dəqiqə),
3. Son faza (1 dəqiqədən az).
Ən ideal imkanlar ilk və son fazalarda yaranır. Lakin raketlər adətən perexopçu sistemlərin yaxınlığından uzaqda buraxıldığı üçün ivələmə fazasında onları vurmaq nadir hallarda mümkündür. Son faza isə çox qısadır. Beləliklə, yeganə real fürsət raketin səma fazasında mövcuddur.
Bu mərhələdə perexopçu raket MQBR-in hündürlüyünə — ən azı 4989 kilometrə qalxmalı, saatda 28 399 kilometr sürətlə hərəkət edən raketi tapmalı və real döyüş başlıqları ilə yanıldıcı hədəfləri bir-birindən ayıra bilməlidir. Bu isə texniki baxımdan son dərəcə mürəkkəb və bahalı prosesdir. Mütəxəssislər bunun etibarlı sistemə çevrilməsi üçün çoxsaylı təkmilləşdirmələrin və testlərin aparılmasına ehtiyac olduğunu bildirirlər.
MQBR-lərin xidmət müddəti nə qədərdir?
Daha əvvəl yayımlanmış məlumatlarda qeyd olunurdu ki, MQBR-lərdəki bərk yanacaq 160 ilə qədər stabilliyini qoruyur. Lakin son tədqiqatlar göstərib ki, bu müddət əslində təxminən 30 ildir. Yanacağın kimyəvi tərkibi bu müddətdən sonra deqradasiyaya uğrayır və raketin buraxılış zamanı sıradan çıxması riski xeyli artır. Bu da son illərdəki sınaq uğursuzluqlarının səbəblərindən biri hesab olunur.
Poliqon.info