İngiltərə millisi tarixində ilk dəfə Afrika komandasına məğlub olub.
Far.Az xəbər verir ki, komanda Seneqala qarşı yoldaşlıq görüşündə evdə uduzub (1:3).
Bundan əvvəl Afrika komandaları ilə 21 matçda ingilislər 15 qələbə qazanıb, altı görüş heç-heçə başa çatıb.
Bu oyunda İngiltərə yığması üçün əlavə antirekord buraxılan üç qol olub. İngilislər daha əvvəl Afrika təmsilçilərindən heç vaxt iki qoldan çox buraxmamışdı.
Qeyd edək ki, iyunun 10-da İngiltərənin Nottingem şəhərindəki "City Ground" stadionunda İngiltərə - Seneqal yoldaşlıq oyunu keçirilib. Harri Keynin yeddinci dəqiqədə vurduğu qola İsmayıla Sarr, Həbib Diarra və Şeyx Səbalinin dəqiq zərbələri ilə cavab verilib.