Dortmund “Borussiya”sı Cob Bellingemi sıralarına qatacaq.
İnsayder Fabritsio Romanonun məlumatına görə, Almaniya klubu 19 yaşlı oyunçunun transferi üçün “Sanderlend”ə 33 milyon avro təzminat və 5 milyon avro məbləğində bonus ödənişi edəcək.
"Football-plus.az" xəbər verir ki, “Borussiya” yarımmüdafiəçini digər kluba satacağı halda “Sanderlend” transfer məbləğindən 15 faiz gəlir əldə edəcək.
Qeyd edək ki, ingiltərəli futbolçu son mövsümdə çempionşipdə 43 oyuna çıxaraq 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta